Suriyada müxalifətçilər ölən tərəfdarlarının xatirəsini yad etmək məqsədilə nümayişlər keçirməyə çağırıb. Belə bir çağırış İnternetdə yer alıb.
Facebook sosial şəbəkəsində «Suriya İnqilabı 2011» adlı qrup qeyd edib ki, bu gündən etibarən paytaxtdan kənar sahilyanı şəhərlərdə “Şəhid Həftəsi”nin keçirilməsi planlaşdırılır.
Fəallar martın 15-dən bu yana təhlükəsizlik qüvvələri ilə toqquşmada 130-dan çox, rəsmilərsə 30-a yaxın adamın öldüyünü deyir.
Suriya hökuməti ölkədə baş verənlərə görə, xarici qüvvələri ittiham edir.