Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:30

Kabildə Quranın yandırılmasına etiraz edirlər


Aprelin 5-də Əfqanıstan paytaxtında amerikalı keşişin Quranı yandırmasına etiraz olaraq aksiya keçirilir. Yüzlərlə adam Kabildə universitetin həyətinə toplaşaraq, Amerika əleyhinə şüarlar səsləndiriblər. Aksiya iştirakçıları keşiş Terru Consun məhkəmə qarşısında durmalı olduğunu deyib.
Aksiya keçirilən ərazidə qarşıdurmaya yol verməmək üçün ora xeyli sayda polis cəmlənib. Belə ki, son günlər ölkənin digər şəhərlərində aksiyalar zamanı qarşıdurma yaşanıb, 24 nəfər ölüb.

Quranın yandırılmasına qarşı etirazlar ötən həftə Məzari-Şərifdən başlayıb, həmin vaxt BMT missiyasına hücum zamanı təşkilatın 7 xarici əməkdaşı həlak olub.
XS
SM
MD
LG