Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:03

Bakı küçələrində hərəkət məhdudlaşdırılıb


Yunanıstan Prezidentinin səfəri ilə əlaqədar Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Məqsəd dövlət əhəmiyyətli tədbirlərdə iştirak edəcək qonaqların yol hərəkətində təhlükəsizliyinin təmin etməkdir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, aprelin 5-i səhər saat 8-dən 20-dək Bakıxanov-İzmir küçələrinin kəsişməsindən, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri və Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, İstiqlaliyyət, Niyazi küçələri, Neftçilər prospekti və Yusif Səfərov küçəsi ilə Aeroport şosesi üzrə, eyni zamanda aprelin 6-da səhər saat 10:00-dan tədbir qurtaranadək həmin marşrutla Rəşid Behbudov küçəsi, Qələbə meydanı, Fətəli xan Xoyski prospekti ilə Heydər Əliyev prospekti boyunca avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
XS
SM
MD
LG