Keçid linkləri

2026, 13 İyun, şənbə, Bakı vaxtı 22:54

Yunanıstan prezidenti Azərbaycanda səfərdədir

Yunanıstan prezidenti Karolos Papulias Azərbaycanda səfərdədir. Dünəndən Bakıya gələn yunan prezidenti bu gün Şəhidlər xiyabanında olub, mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib.

3 gün davam edəcək səfər zamanı iki ölkə arasında bir neçə sənədin imzalanacağı gözlənilir.

Aprelin 6-da isə IV Azərbaycan-Yunanıstan biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Həmin gün Yunanıstan prezidentinə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilməsi münasibətilə mərasim keçiriləcək.

Səfər çərçivəsində K. Papulias Bakının yunan icmasının nümayəndələri ilə də görüşəcək.
This item is part of
XS
SM
MD
LG