Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:40

Əsgər hərbçi yoldaşını güllələyib


Azərbaycan Ordusunda ölümlə nəticələnən silahlı insident baş verib.

Hadisə aprelin 4-də Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonu ərazisində yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb.

Yevlax Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Ramil Boris oğlu Əliyev xidməti silahı ilə ehtiyatsız davranarkən atəş açılıb. Güllə əsgər Asif Samir oğlu Əliyevə dəyib. Başından güllə yarası alan əsgər aldığı güllə yarasından dünyasını dəyişib.

1991-ci il təvəllüdlü A. Əliyev Salyan RHK-dan hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma gedir. /APA/
XS
SM
MD
LG