Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:51

Üzeyir bəy Hacıbəyli. Partapart


Durmuşdum, birdәn partapart sәsi eşitdim. Soruşdum: "O nәdir?" Dedilәr: "Heç, o yanda müsәlmanlar bir müsәlman öldürdülәr."

Әylәşmişdim, birdәn partapart sәsi eşitdim. Soruşdum: "O nәdir?" Dedilәr: "Heç, bu yanda müsәlmanlar bir müsәlman öldürdülәr."

Uzanmışdım, birdәn partapart sәsi eşitdim. Soruşdum: "O nәdir?" Dedilәr: "Heç, o tәrәfdә müsәlmanlar bir müsәlman öldürdülәr."

Yatmışdım, birdәn partapart sәsi mәni oyatdı. Soruşdum: "Bәs bu nәdir?" Dedilәr: "Heç, bu tәrәfdә müsәlmanlar bir müsәlman öldürdülәr".

"Heç bir müsәlman öldürdülәr...." Bu sözlәri elә bir kәm etinalıq vә arxayınlıqla deyirlәr ki, guya müsәlman öldürmәk elә bil ki, iki dırnabın arasında "Molla Nәsrәddin"in sözü olmasın, bit vә birә qoymaqdır.

Elә, doğrudan da, müsәlman öldürmәk bu saat bit vә birә qırmağa dönübdür. Çünki bit-birә qırana heç kәsin etirazı olmaz. Hәmçinin müsәlman öldürәnlәrә dә heç bir kәs etiraz elәmir. Mollalar, rәislәr, hakimi-vilayәt heç kәs bir söz demir....

İndi tәzә bir mәsәlә çıxıbdır. Bu mәsәlә ibarәtdir ondan ki, orucluqda qәzet oxumaq olmaz. Bәzi adamlar deyirlәr ki, xeyr, qәzetin orucluqa heç bir dәxli yoxdur. Yalan sözdür, qәzetin orucluğa çox dәxli vardır, çünki mәlumdur ki, oruc tutmaq tәk bir çörәk yemәyib, su içmәmәkdәn ibarәt deyildir. Orucluqda gәrәk insanın qulaqları vә gözlәri dә oruc tutsun. Ona görә lazımdır ki, tamam bir ay qәzet oxumayasan ki, bәlkә dünyada vaqe olan әhvalatı da eşitmәyәsәn. Qoy tamam bir ay dünyada qәribә-qәribә nәfli vә ibrәtli hadisәlәr vaqe olsun, zәrәr yoxdur, sәn, gәrәk bir ay tamam bu әhvalatlardan xәbәrdar olmayasan vә bilmәyәsәn ki, görәk yazıq müsәlmanların başına nә gәldi! Ona görә lazımdır ki, orucluqda әlinә qәzet almayasan, vәssәlam!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG