Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 18:17

Quranı yandıran rahibin üzr istəmək niyyəti yoxdur


Rahib Terri Cons yeni aksiya hazırlayır
Rahib Terri Cons yeni aksiya hazırlayır

“Qurani-Kərim”i yandıran rahib Terri Cons (Terry Jones) Əfqanıstanda baş verən olaylara münasibət bildirib. ABŞ-ın Florida ştatındakı Dünya Sosial Yardımlaşma Mərkəzi (Dove World Outreach Center) adlı kilsənin rahibi olan Cons baş verənlərdən təəssüfləndiyini söyləsə də, buna görə üzr istəmək niyyətində olmadığını açıqlayıb.

Amerikanın ABC kanalına müsahibə verən Cons “'Son baş verənlər İslamın içində radikal ünsürlərin olduğunu sübut edir. Məncə Amerika da, Birləşmiş Millətlər Təşkilatı da Əfqanıstan, Pakistan, müsəlmanların hakim olduğu digər ölkələrə qarşı durmalıdır. Bunlar xristianları əziyyətlə öldürürlər” deyib. Rahib Quranın yandırılmasının radikal müsəlmanlar üçün sadəcə bəhanə rolunu oynadığını hesab etdiyini açıqlayıb.

Terri Cons aprelin 22-də ABŞ-ın ən böyük məscidinin qarşısında İslam əleyhinə böyük bir nümayiş təşkil edəcəyini də bildirib. Bu məscid Mişiqan çştatında Dirborn (Dearborn) şəhərində yerləşir.

Xatırladaq ki, Terri Consun rəhbərlik etdiyi icmanın üzvləri bu il martın 21-də müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi ictimai şəkildə yandırıblar.

Buna etiraz əlaməti olaraq Əfqanıstanda və bir sıra ölkələrdə kütləvi aksiyalar keçirilib. Aprelin 1-də Məzari Şərif şəhərində keçirilmiş aksiya zamanı BMT-nin yerli ofisinə hücum nəticəsində 10-dan çox insan öldürülüb. Onlardan ikisinin başı kəsilib. Ölənlər arasında 4 yerli sakin da olub.

ABŞ prezidenti Barak Obama Florida ştatında “Qurani-Kərim”in yandırılmasını

pisləyib. Prezident bununla yanaşı, günahsız insanların öldürülməsini kəskin ittiham edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG