Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Masallıda sosial müdafiə kartları niyə verilmir?


Siyahıya daxil olmuş yeni vətəndaşların sənədlərinə birinci baxılır
Siyahıya daxil olmuş yeni vətəndaşların sənədlərinə birinci baxılır
Masalla rayonu Köçərli kəndinin 15 sakini 4 aydır ki, demələrinə görə, Sosial Müdafiə Mərkəzinə ayaq döyürlər. Kənd sakini Zəbulla Muradov deyir ki, onlara yardımlar ayrılsa da, kartı ala bilmirlər:

«2006-cı ildən sosial yardım alıram. Bu illər ərzində kartımız olmayıb. Bu ilin yanvarında elan etdilər ki, pullarınızı kartla alacaqsınız. Bu günə kimi kart ala bilmirik. Hər dəfə Sosial Müdafiə Mərkəzin direktoru Rafayel Mahmudov deyir ki, kart bu yaxınlarda veriləcək. Biz də gözləyirik. Kart isə vermirlər».

«UŞAĞIM MƏKTƏBLİDİR, YAMAQLI ÇANTA İLƏ DƏRSƏ GEDİRLƏR»


Z.Muradov heç yerdə işləmədiyini deyir:

«Rayonda iş yoxdur. Hamımız rayonun qul bazarının daimi müştəriləriyik. Orda da neçə aydır ki, iş yoxdur. İki uşağım məktəblidir, yamaqlı çanta ilə dərsə gedirlər. Yaşadığım ev də dağılmaq üzrədir. İlin əvvəlindən də sosial yardım ala bilmirəm. Özümü öldürüm?».

Köçərli kəndin digər sakini Qılman Hüseynov da Sosial Müdafiə Mərkəzindən kartı ala bilmədiyini söylədi:

«Ailəm böyükdür, 6 uşağım var. Ailəmdə 7 aylıq əkiz uşaq var. Ağlamıram, mən kişiyəm. İş versinlər, işləyib pulunu alım. Dəfələrlə direktorun qəbulunda olmuşam. Hər dəfə deyir ki, kartlar veriləcək. Bəs hanı?».

«APRELİN 15-NƏ KİMİ KARTLAR VERİLƏCƏK»

Kəndin sakinlərindən Xəyal MuradovElmidar Mirzəyev də kartlarını ala bilmədiklərini söylədilər.

Masallı rayon Sosial Müdafiə Mərkəzin direktoru Rafayel Mahmudov da Xırmandalı və Köçərli kəndlərindən sosial yardım alanlara kartın hələ verilmədiyini söylədi. O deyir ki, ötən il min nəfər yardım alıb. Bu siyahıya yeniləri əvəz olunub. Siyahıya daxil olmuş yeni vətəndaşların sənədlərinə birinci baxılır. Lakin uzun müddət sosial yardım alanlar tələb edir ki, onları birinci yola salsınlar:

«Hər ay üçün 25 min manat təyinat var. Hər ay yardım üçün 200 nəfər müraciət edirdisə, indi bu rəqəm 500-ə çatıb. Texniki cəhətdən bir ayda bu qədər adamın təsərrüfatını yoxlayıb sənədləşdirmək mümkün deyil. Gecikmə baş verir. Buna baxmayaraq, aprelin 15-nə kimi kartlar veriləcək».

Masallı rayon İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Seymur Nuriyev hazırda kənd sakinlərinin problemləri ilə məşğul olduğunu söylədi:

«Mərkəzin direktoru R.Mahmudova bu barədə tapşırıq verilib. Yaxın günlərdə bu problem həllini tapacaq. Aprelin 15-nə kimi Köçərli və Xırmandalı kəndlərindən sosial yardım alanlara kart verilməsi nəzərdə tutulub».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG