Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:50

ATƏT: “Qazaxıstan vacib islahatlar həyata keçirməlidir”.


“Qazaxıstan demokratik seçkilər üçün vacib olan islahatlar həyata keçirməlidir”.
Qazaxıstanda aprelin 3-də keçirilmiş prezident seçkilərini müşahidə etmiş ATƏT missiyasının bəyanatında belə deyilir.

Bəyanatda bildirilir ki, seçki texniki baxımdan yaxşı təşkil olunsa da, müxalifətçi namizədlər prosesdə iştirak etməyib. Rəqabətsiz şərait nəticəsində fəal siyasi müzakirələr olmayıb.

“Seçki günü sakit keçib, lakin beynəlxalq müşahidəçilər bir sıra ciddi pozuntular, o cümlədən qutulara bülleten atılmasını müşahidə ediblər”.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Nursultan Nazarbayev bazar günü keçirilən seçkidə 95, 5 faiz səslə qələbə qazanıb.

Seçkidə 4 namizəd iştirak edib. Seçkinin rəsmi nəticələri aprelin 9-da elan olunacaq.

Nursultan Nazarbayev artıq 20 ildir Qazaxıstana rəhbərlik edir.
XS
SM
MD
LG