Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:39

Yeni kitabda Qandinin homoseksual olduğu deyilir?


Mahatma Qandi (1985)
Mahatma Qandi (1985)
Tanınmış amerikalı jurnalist Joseph Lelyveld-in Hindistan müstəilliyinin memarı Mahatma Qandi haqqında kitabı qalmaqala səbəb olub. (AP)

Qandinin Vətənində - yerli mediada kitab haqda yer alan bəzi məqalələrdə iddia edilir ki, Lelyveld – Qandinin homoseksual olduğuna, onun öz yaxın dostu və silahdaşı almaniyalı Hermann Kallenbach-la intim əlaqədə olduğuna işarə edib.

Amerikalı jurnalistin yeni çapdan çıxan «Great Soul: Mahatma Gandhi and His Struggle With India» kitabı hələ Hindistana gəlib çıxmayıb, amma Hindistan ştatlarından birinin – Qucaratın qanunverici assambleyası yekdilliklə kitabın qadağan olunmasına qərar verib.

Kitabın müəllifi isə yazdıqlarının yanlış anlaşıldığını bildirir.

“Kitabda deyilmir ki, Qandi homoseksual, yaxud biseksual olub. Orada deyilir ki, o, qadınlarla intim münasibətlərdən uzaq olmağa qərar verib və Kallenbach-a çox bağlanıb. Bu isə yenilik deyil”.

Müəllif bildirir ki, kitab ilk növbədə Qandinin sosial ədalət uğrunda mübarizəsinə həsr edilib.

O, Hindistanda kitabın çox az adam tərəfindən oxunduğuna diqqət çəkib və qadağa

“İdeya budur ki, cinsi ehtirasda dağıdıcı gücə malik enerji elementi var. Əgər həmin enerji təmizlənərək iradəyə tabe edilsə, sənə mənəvi güc verə bilər".
qərarı verməmişdən əvvəl kitaba heç olmasa baxılmasını tövsiyə edib.

Ümumilikdə isə, Qandinin seksual orientasiyası haqda şübhələr yeni şey deyil.

Amma belə şübhələri rədd edən psixoanalitik Sudhir Kakar deyir ki, Qandinin Kallenbach-a yazdığı məktublar yanlış yozulur.

Psixoanalitik bildirir ki, Qandinin əsas hədəfləri zorakılıqdan imtina, həqiqət və cinsi əlaqədən uzaq olmaq idi..

“İdeya budur ki, cinsi ehtiras dağıdıcı gücü olan enerji elementinə malikdir. Əgər həmin enerji təmizlənərək iradəyə tabe edilsə, sənə mənəvi güc verə bilər. Qandi düşünürdü ki, onun siyasi gücü əslində onun mənəvi gücünə əsaslanır”.

Psixoanalitikin bildirdiynə görə, Qandinin öz dostlarına, yoldaşlarına (hətta qadın silahdaşlarına da) ünvanladığı məktublarda sevgi izharı da olurdu, amma bu, qətiyyən intim əlaqədən xəbər vermirdi.

Qandi (solda) və Kallenbakh (sağda)
“Heç nə olmayıb. Bu onun öz hisslərini ifadə etməsidir, amma söhbət platonik eşqdən gedir. Bunlar fiziki yaxınlıqla nəticələnməyib, əgər belə bir şey baş versəydi, bu Qandi üçün faciə olardı”.

Maharaşta ştatında da kitaba etirazlar var. Kitabı qadağan edən Qucarat hakimiyyəti mərkəzi hökuməti də eyni addımı atmağa, kitabı bütün ölkə ərazisində qadağan etməyə çağırıb.

Qucaratın baş naziri Narendra Modi deyib ki, amerikalı jurnalist “milyonlarla insanın heysiyyatına toxunduğu üçün üzr istəməlidir”.

“Bu artıq bir “dəbə” çevrilib, kim özünü reklam etmək, kitabını satmaq istəyirsə, böyük hind liderlərinə ləkə yaxmağa çalışır”.

Hindistanın hakim Konqres Partiyasının Maharaştadakı sözüçüsü Sanjay Dutt deyib ki, “hökumət millət atasının imicini korlamağa çalışanların sərt cəzalandırılması üçün qanun hazırlamalıdır”.

“PEN Hindistan” Təşkilatı isə qadağanı pisləyib. Qurumun rəhbəri Ranjit Hoskote deyib ki, məqalələrə əsaslanıb belə qadağaların tətbiqi yolverilməzdir.

“Oxumadığın kitabı necə qadağan edə bilərsən?”

Onun fikrincə, yerli media amerikalı jurnalistin kitabında yazılanları da, Qandinin Kallenbach-la münasibətlərini də yanlış yozub.

Hoskote deyib ki, Qandinin Kallenbach-la yazışmaları onilliklərdir ki, kitabxana arxivlərindədir və onları əldə edib oxumaq mümkündür.

“İndiyəcən bu sirr olmayıb. Hər hansı qalmaqal da baş verməyib”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG