Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

Qazaxıstanda seçicilərin fəallığı rekord həddə çatıb


Qazaxıstanda keçirilən prezident seçkisində yüksək fəallıq müşahidə olunub.

Seçki məntəqələrinin bağlanmasına 4 saat qalmış seçkidə 77 faizə yaxın seçici iştirak edib.

Qazaxıstanın Mərkəzi Seçki Komitəsi elə bir ciddi qanun pozuntusuna yol verilmədiyini deyir.

Prezidentlik uğrunda 20 ildən artıqdır ki, hakimiyyətdə olan Nursultan Nazarbayev də daxil olmaqla 4 namizəd mübarizə aparır.

Vaxtındanəvvəl seçkini tamaşa adlandıran müxalifət onu baykot etməyə çağırıb.

Seçki, səlahiyyətlərinin uzadılmasıyla bağlı referendum ideyasını rədd edən prezident Nazarbayevin təşəbbüsüylə keçirilir.

Müstəqil beynəlxalq təşkilatlar indiyədək bu ölkədə keçirilmiş seçkilərdən heç birini azad və ədalətli saymayıb.
XS
SM
MD
LG