Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:25

Gaddafi qüvvələrinin Misrata şəhərinə hücumu davam edir


Liviya müxalifəti NATO-nu Gaddafi qüvvələrinin mövqelərinə hava zərbələrini davam etdirməyə çağırıblar.

Dünən NATO təyyarəsinin səhvi ucbatından müxalifətin 13 döyüşçüsü ölüb.

Üsyançılar bunun təsadüfən baş verdiyini deyirlər.

Onların sözlərinə görə döyüşçülərdən biri təsadüfən havaya atəş açıb və çox gümün ki, NATO təyyarəsi bunu atəş kimi qəbul edib.

NATO komandanlığı hazırda insidenti araşdırır.

Qəddafi rejimi üsyançıların atəşkəs təklifini rədd edib.

Hökumət qüvvələri hazırda üsyançıların nəzarətində olan Misrata şəhərinə hücumu davam etdirirlər.

Yerli həkimlər dinc sakinlər arasında yeni itkilər olduğunu deyirlər.
XS
SM
MD
LG