Keçid linkləri

2026, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:51

Suriyada həbslər başlayıb

Suriyanın paytaxtı Dəməşq və şəhərin ətraflarında polis müxalifət fəallarını həbs edir.
Bu barədə müxalifətçilərin özləri xəbər verir.

Həmçinin bu gün kütləvi etirazların baş qaldırdığı Deraa şəhərində bir neçə nəfərin həbs olunduğu xəbər verilir.

Son 2 həftə ərzində bu şəhərdə polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda 70-dən çox adam ölüb.

Cümə günü isə Duma şəhərində azı 7 nümayişçi öldürülüb.

Hakim dairələr bunun yaraqlıların işi olduğunu deyir.
This item is part of
XS
SM
MD
LG