Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:48

Fukisima-Dayiçi stansiyasında vəziyyət gərgin olaraq qalır


Beynalxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano qəzalı vəziyyətdə olan Fukusima-Dayiçi atom elektrik stansiyasında vəziyyətin ciddi olduğunu bildirib.

O bunu Keniyanın paytaxtı Nayboridə BMT-nin Baş katibi Nan Ki Moonla görüşdükdən sonra jurnalistlərə açıqlamasında deyib.

Amano qeyd edib ki, vəziyyətin normallaşması insanların fikirləşdiyindən çox vaxt aparacaq.

Martın 11-də Yaponiyada baş vermiş güclü zəlzələdən sonra Dukusima-Dayiçi stansiyasında qəza baş verib.

Stansiyanın ətrafında radiasiya normadan artıq olduğuna görə sakinlər 20 kilometrlik ərazilərdən köçürülüb.
XS
SM
MD
LG