Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 01:12

Strasburqda 2 Aprel mitinqinə dəstək aksiyası keçirilib


Aksiya iştirakçıları Azərbaycan, ingilis, alman və fransız dillərində müxtəlif şüarlar səsləndirib, bəyanat yayıblar
Aksiya iştirakçıları Azərbaycan, ingilis, alman və fransız dillərində müxtəlif şüarlar səsləndirib, bəyanat yayıblar
Azərbaycanlı siyasi mühacirlər aprelin 1-də Strasburqda Avropa Şurasının binası qarşısında aksiya keçirib.

Onlar Bakıda aprelin 2-nə təyin edilmiş etiraz aksiyasına dəstək ifadə ediblər.

Bu barədə AzadlıqRadiosuna mühacirət həyatı yaşayan Sarvan Rizvanov məlumat verib.

Aksiya iştirakçıları Azərbaycan, ingilis, alman və fransız dillərində müxtəlif şüarlar səsləndirib, bəyanat yayıblar.

Müxtəlif dillərdə yazılmış «Avropa, demokratiyanı neft və qaza dəyişmə!», «İlham Əliyev, mətbuatdan əl çək!», «Azərbaycanda siyasi məhbuslara azadlıq!» kimi şüarlar qaldırıblar.
XS
SM
MD
LG