Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 11:32

Suriyada etiraz askiyasında üç nəfər həlak olub


Suriyada etiraz askiyalarının mərkəzinə çevrilmiş Daraa şəhərində aprelin 1-də də minlərlə adam etiraz askiyaları keçirib. Onlar son vaxtlar etiraz askiyalarında həlak olan 70-dən çox aksiya iştitakçısının şərəfinə bugünkü mitinqləri “Şəhidlər günü” adlandırırlar.

Şahidlər Daraanın mərkəzinə toplaşan 5000 nəfərdən çox askiya iştitakçısına polisin müdaxiləsinin olmadığını bildirirlər. Amma şəhərə çox sayda polis qüvvəsi cəlb olunub.

Suriyadan gələn məlumatlara görə aprelin 1-də etiraz askiyaları paytaxt Dəməşq, onun yaxınlığında Douma, Latakia və Banias şəhərlərində də keçirilib.

Şahidlər polisin aksiyaya atəş açdığını, azı üç nəfərin həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG