Sevinc ARZULU
XƏYALIMDA
Xəyalımda çəkdiyin siqarın tüstüsü
rəsminin konturlarını cızdı gözümün önündə:
O qapqara qaşlar, o dalğın baxan
kədərli gözlər, o qüssədən qırışmış alın
və bir də deyiləsi sözlər donub qalmış dodaqlar...
Necə də bu rəsmin canlı olmasını istərdim, İlahi.
Titrək səsin gəlir qulağıma:-”Salam”.
Vəssəlam.
Ilk və son söz. Dilin bunu deyirdi təkcə.
Bəs gözlərin?
Gözlərin bir dastan söyləyərdi bəlkə bir anda.
Artıq geridə qalmış xatirələrin hərarətindən
bədənim uyuşub açıldı.
Tanrı səni uzaqdanca görməyi çox gördü mənə.
Aldı əlimdən.Özü də əbədilik...
MƏNİM İLK MƏHƏBBƏTİM
Çağırdılar...
Dönüb baxdım.
Yerimdəcə donub qaldım.
Gülümsəyən gözlərinlə mənə sarı yürüyürdün.
Bir andaca zülmət dünyam işıqlaşdı,
Hər tərəfi gözəl ətir bürüyürdü.
“Salam, salam” - Əllərimi tutub durdun.
Gözüyaşlı,sinəmdəki ol qəhəri
mən güc ilə udub durdum.
Neçə ildi görüşmürdük,
Artıq yoxsan, sanırdım mən.
Aramızda olanları
Özlüyümdə danırdım mən.
Quş qanadlı illər keçdi axı nə tez,
Gənclik ötüb keçməmişdən
Əcəl bizə baxır nə tez.
Ölümün də sürəti var ildırım tək.
De,mənim nə cürətim var
bunca yükü qaldırım tək.
-“Gəl oturaq, söhbətləşək, de necəsən?
Heç əvvəlki deyilsən ki,oxşamırsan Sevincə sən.”
-“Axı əvvəl mən necəydim?”
-“İncə, zərif,
İndi deyən həyatının qöncəsini
zalım zaman vaxtsız dərib”
Bir anlığa mən tutuldum,
Elə bil ki mən yenidən unuduldum.
Sən unutdun məni ilkin,
Sonra yatmış taleyim,
Daha səndən,nə də ondan
Yoxdur zərrə gileyim.
Illər özü zaman-zaman yaralarım sağaldıb,
Neçə-neçə xəstəlikdən
Mən ölmədim.sağ qaldım.
Ona görə indi belə.
Zərif deyil,kobudam.
O mən idim
min-min yalan ümidlərlə
Ürəyimi ovudan.
Indi qayıtmısan geri,
Nənə olan vaxtımda.
Sənə artıq yer də yoxdur taleyimdə,baxtımda.
Sağollaşıb çıxıb getdin,
Əlimdə hərarətin.
Iç dünyamı yıxıb getdin,
Mənim ilk məhəbbətim.
KİMDİR GÜNAHKAR
Bir zamanlar izləyərdin məni kölgə kimi.
Indi o kölgənin süründüyü torpaq yola
asfalt çəkilib,qara asfalt.
Bir zamanlar baxışların üzümdə-gözümdə gəzərdi.
Indi o baxışlar səmtini dəyişib küləklər kimi.
Bir vaxt mənə gül verərdin-
ən çox sevdiyim təbii ağ qızılgül.
Indisə özgəyə gül verirsən-süni qırmızı qərənfil.
Bir vaxt hər axşam saat səkkizdə mənə zəng edərdin.
Danışmasan da nəfəsindən hiss edərdim sən olduğunu.
Indi yad nömrə yığır barmaqların ürəyindən xəbərsiz.
Gözlərini telefondan çəkmirsən,birdən çaşarsan deyə.
Mənimsə nömrəmi gözüyumulu yığardın.
Üz-üzə gəlməkdən də qorxursan artıq.
Kimdir günahkar?
SON SÖZ
Son sözümü söyləməyə imkan verin,
Dünya boyda məkan verin.
Mən caniyəm:
sevdiyimi tərki-dünya qoymuşam.
Mən oğruyam:
üzündəki təbəssümü soymuşam.
Zəmanənin üzü dönsün,
Qapqara ulduzu sönsün.
Günahkar kim,
cənab hakim.
Nədən onu el içində xar eylədim.
Bilə-bilə özgəsinə yar eylədim.
Beli bükük,halı üzgün.
Ala gözü dalğın,süzgün.
Qara teli gümüşüdür,
Baxışları gül üşüdür.
Son sözünü məhkəmədə deyər insan,
Elədiyi səhvi üçün dizlərinə döyər insan.
Indi o yox...Ürəyimdə ağrım-acım.
Düşüb başdan şahlıq tacım.
Demirəm ki yüz gün verin,
Ömürlük sürgün verin.