Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 14:14

Qəlbim cismimdə qəribdi















Mərdan LAMİYƏ

Qəlbim cismimdə qəribdi


Bu gün dünəndən qəlizdi,
Qəlbim cismimdə qəribdi.
Sürgün olub sanki ruhum
Qürbət dənizdən dərindi.

Azad olmaq, azad ölmək.
Deyirlər ki, çox şirindi.
Qırx gün əsir olmaqdansa,
Bir Kəpənək ömrü yaşa.

Doğulandan ölənədək
Gəzib-dolan yer üzünü.
Ruhun əsir olsa belə
Cismin azad olar yenə.

Ruhum qəlbində əsirdi,
Qəlbim cismimdə qəribdi.
Qərib eldə var azadlıq.
Niyə sıxır məni varlıq.

Qəlbində, yoxsa azadlıq,
Qəfəsdə tapar rahatlıq.
Azad olmaq istəyənə
Dünya etməz heç vaxt darlıq.

31.03.2011
Bakı, Azərbaycan



Addım


Ən uca zirvədən şəhərə
baxmaq kimidir.
O musiqini dinləmək.
Addımların əvəzinə
baxışların gəzişdiyi
küçələrdən sənə lazım olan keçir .
Bilirsən...
Nə sən ona lazımsan,
nə də bu şəhər sənə.
Getmək carə olsaydı,
Baxışlarıma toxunan insanlar
burda olmazdı,
səhv düşünürəm.
Carə varsa o da ,
ən uca zirvədən şəhərə
baxmaq kimidir.
Var olmağın carəsi:
Sənsiz şəhər,
onsuz sən
xarabadan fərqsizsən.

24.03.2011
XS
SM
MD
LG