Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:46

Suriyada müxalifət bu gün etiraz aksiyası keçirəcək

Suriyada müxalifət siyasi islahatların həyata keçirilməsi tələbi ilə bu gün etiraz aksiyası keçirilməsinə çağırıb.

Bundan əvvəl prezident Bashar Asad Deraa və Latakiyada qətlə yetirilmiş adamlarla bağlı araşdırılma aparılması, ölkədə yarım əsrdir mövcud olan fövqəladə vəziyyətin ləğvi ilə bağlı komissiya yaradılması haqqında göstəriş verib.

Dövlət xəbər agentliyi SANAnın məlumatına görə, həmin komitə aprelin 25-də işini yekunlaşdıracaq.

İki həftədir Suriyada hökumət qüvvələri ilə mitinqçilər arasında baş vermiş qanlı toqquşmalarda onlarla adam həlak olub.
This item is part of
XS
SM
MD
LG