Cümə axşamı Müsavat partiyasının qərargahında Vətəndaş Hərəkatı - İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib.
Turanın məlumatına görə, toplantıda ölkədəki ictimai-siyasi durum, 2 aprel mitinqinə hazırlıq və İP-nin regional təşkilatlanması məsələləri müzakirə edilib.
Toplantıda 2 aprel mitinqinə hazırlıq ərəfəsində fəallarIn həbsi pislənilib, bununla bağlı bəyanat qəbul edilib.
Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsi üçün münasib yer ayırmadığına görə Şura üzvləri aksiyanı “Fəvvarələr meydanı”nda keçirilmək qərarına gəliblər.
Bundan əlavə, İctimai Palatanın regional bölmələrinin yaradılması ilə bağlı əsasnamə qəbul olunub.