Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:03

İctimai Palata Əli Kərimli ilə bağlı bəyanat yayıb


İctimai Palata AXCP sədri Əli Kərimliyə qarşı martın 31-də keçirilən aksiya ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, İctimai Palata bunu hakimiyyətin Azərbaycanda özünə qarşı vüsət alan ümumxalq etirazı fonunda aprelin 2-nə təyin olunmuş mitinqlə əlaqədar keçirdiyi qorxu və xofun təzahürü hesab edir.

İctimai Palata bəyan edir ki, Azərbaycan hakimiyyəti bir müxalifət liderinin evini hədəf almaq kimi hətta ən avtoritar rejimlərin də istifadə etmədiyi avantüraya əl atmaqla faktiki olaraq bu gün dünyanın təcridi və təzyiqi ilə üz-üzə qalan Liviya diktatoru Qəzzafinin yolunu gedir.

İctimai Palata AXCP lideri Əli Kərimliyə tam dəstək verdiyini, ona qarşı təxribatları bütövlükdə demokratik qüvvələrə yönəlmiş addımlar kimi qarşıladığını bəyan edir və hakimiyyəti indiki həssas dönəmdə məsuliyyətini dərk etməyə, ölkədə prosesləri siyasi müstəvidən çıxarmaq və vətəndaş qarşıdurması yaratmaq siyasətindən əl çəkməyə çağırır.

Martın 31-də 50-yə yaxın adam AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında etiraz aksiyası keçirib. Partiya sədri əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Aksiyaya polis müdaxilə etməyib.
XS
SM
MD
LG