Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Korrupsiya ilə mübarizə üçün qanun kifayət qədərdir. Amma...


Nəzirməmməd Qaramanlı
Korrupsiyaya qarşı Mübarizə Fondunun hüquqşünası Nəzirməmməd Qaramanlı, deputat Rövşən Rzayev və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev korrupsiya haqqında qanunun nə dərəcədə effektli olması barədə fikir yürüdüblər.

Nəzirməmməd Qaramanlı:

- «Korrupsiyaya qarşı mübarizə haqqında qanun ciddi dəyişikliklərə ehtiyacı olan bir qanundur».

- «Məsələn, vəzifəli şəxslərin gəlir bəyannaməsi ilə bağlı qanun qəbul olunub, amma onun həyata keçirilməsi üçün formanın yaradılması Nazirlər Kabinetində uzun illər ilişib qalıb. Qanunvericiliyin təkmilləşməsinə həqiqətən də ehtiyac var».

- «Azərbaycanda korrupsiyaya qarşı mübarizənin əsas problemi heç də qanunvericilik bazasının qüsurları deyil. Səmimi və böyük koalisiya ilə korrupsiyaya qarşı mübarizə aparmaqdır».

- «Biz çox sevinirik ki, Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə başlamaq üzrədir. Burda artıq siyasi iradə ortaya qoyulub».

Rövşən Rzayev:

- «Qanunvericilik bazası kifayət qədər mövcuddur».

- «Milli Məclisdə qanunların təkmilləşməsi ilə bağlı işlər daim gedir».

- «Qanunvericilik bazasının zəif olması problemini mən görmürəm».

- «Siyasi iradə də mövcuddur. Ölkə prezidenti İlham Əliyev özü bu sahədə daha ciddi addımların atılmasının təşəbbüskarı oldu».

- «Bu, kampaniya xarakteri daşımır və bu, daimi olacaq».

Əliməmməd Nuriyev
- «Korrupsiya ilə bağlı çox böyük problemlər var. MÜƏYYƏN MƏMUR PROBLEMLƏRİ DƏ VAR».

- «Mən inanıram ki, biz bu problemi sona çatdıra biləcəyik».

Nəzirməmməd Qaramanlı:

- «Korrupsiyaya qarşı mübarizədə maraqlı olan tərəf bir məmur təbəqəsi deyil. Maraqlı olan tərəflər olmalıdır cəmiyyətdə».

- «Sistem təkcə prezidentdən ibarət deyil. Prezidentin səmimiyyətinə mən inanıram».

- «İndi prezident siyasi iradə qoyub. Çox yaxşı ki, məmur təbəqəsi prezidentə qulaq asır. Amma bütün cəmiyyət bilir ki, həmin məmurlar səmimi deyil».

Rövşən Rzayev:

- «İctimaiyyət öz haqqını tələb etməyi bacarmalıdır. HANSISA MƏMUR XOŞAGƏLMƏZ BİR TƏLƏBLƏ İRƏLİ ÇIXIRSA, VƏTƏNDAŞLAR DAHA SƏRT MÖVQE ORTAYA QOYMAĞI BACARMALIDIR».

Əliməmməd Nuriyev:

- «Bu mübarizənin real həyata keçirilməsinin ən təminatlı şərti iradənin ortada olmasıdır».

- «Prezident bütün səviyyələrdə bu iradəni ortaya qoydu».

- «Eyni zamanda nəzərə almaq lazımdır ki, korrupsiya bir çox dövlət orqanlarında sistemli xarakter alıb».

XS
SM
MD
LG