Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:20

Dissident yazıçı SSRİ prezidentinin həbsini tələb edir


Vladimir Bukovski
Vladimir Bukovski
Yazıçı və alim, vaxtilə antisovet mövqeyinə görə SSRİ-dən çıxarılan Vladimir Bukovski martın 30-da Londonda Vestminster məhkəməsinə müraciət edərək Mixail Qorbaçovun həbs olunmasını tələb edib.

“Media forum” saytı xəbər verir ki, Bukovski Qorbaçovun SSRİ-yə başçılıq etdiyi zaman cinayətlər törətdiyini iddia edir.

Bukovskinin iddiasında bildirilir ki, Qorbaçov 1989-1991-ci illərdə Tbilisidə, Bakıda və Vilnüsdə antisovet nümayişlərinin dağıdılmasına, qırğınlara əmr verib.

Məhkəmə Bukovskinin müraciətini qəbul etməyib. Rəsmi cavabda Bukovskiyə bildirilib ki, Qorbaçov Böyük Britaniyaya rəsmi missiya həyata keçirməyə gəlib və onun baş nazir Devid Kemeronla görüşü planlaşdırılır, bu isə keçmiş sovet liderinin toxunulmazlığı deməkdir.

Bukovski SSRİ-nin sabiq prezidentinin Londonda şəxsi səfərdə olduğunu, hazırda heç bir dövlət postunu tutmadığı üçün Rusiyanı təmsil etmədiyini iddia edib, Vestminster məhkəməsinin qərarından şikayət edəcəyini bildirib.

Martın 30-da Londonda Qarbaçovun 80 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

Kembric Universitetinin professoru Bukovski 1976-cı ildə Çili kommunistlərinin lideri Luis Korvalanla dəyişdirilərək SSRİ-dən çıxarılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG