Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 12:53

Liviyadakı əməliyyatlara rəhbərlik NATO-ya keçdi

NATO deyir ki, Liviya üzərində bütün əməliyyatlara nəzarət artıq onlardadır. NATO-nun baş katibi Anders Fogh Rasmussen deyib ki, onlar martın 31-i səhərdən bütün hava əməlliyatlarına müstəsna əmr vermək səlahiyyətini öz üzərinə götürüb. NATO-nun missiyasına uçuş üçün qadağan olunmuş zonaya, silah satışı embarqosuna nəzarət və mülki sakinlərin Qaddadi hərbçilərinin hücumlarından müdafiəsi daxildir.

İndiyə kimi hava hücumuna rəhbərlik ABŞ-ın rəhbərlik etdiyi koolisiyaya daxil idi. NATO martın 27-də Türkiyənin hava hücumlarından narahat olmasına və Fransanın həvəssiz münasibətinə görə əməliyyatlara rəhbərliyi öz üzərinə götürməyə razılaşıb.
This item is part of
XS
SM
MD
LG