Yaponiya Atom Enerjisi Təhlükəsizliyi Agentliyinin rəsmisi deyib ki, dəniz suyunda radiaktiv yodun səviyyəsi limiti 4,385 dəfə aşıb. Agentliyin rəsmisi Hidehiko Nisiyam martın 30-da keçirdiyi brifinqdə deyib ki, bu səviyyə Fukusimo-Dayiçi atom elektrik stansiyasında baş vermiş qəzadan sonra ən yüksək göstərici hesab olunur. Amma o, bunun hazırda insan sağlamlığına zərər olmadığını deyir, onun sözlərinə görə, yaxın ərazidə yaşayan sakinlər evakuasiya olunub.
Stansiyanın operatoru olan TEPCO şirkəti qəzalı vəziyyətdə olan 4 reaktorun istismardan çıxarılacağını bəyan edib.
Martın 11-də Yaponiyada baş vermiş zəlzələnin ardınca müşahidə edilən sunami nəticəsində Yaponiyanın nüvə zavodunun bir neçə reaktoru zədələnib, minlərlə adam ölüb və itkin düşüb. Hazırda hökumət radiasiya yayılmasının qarşısını almağa çalışır.