Aprelin 8-də Bakı 1 saylı İnzibati-iqtisad məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun Ədliyyə Nazirliyinin Penitensiar xidməti və 13 saylı cəzaçəkmə müəssisəsinin vəzifəli şəxslərindən şikayətinə baxacaq.
Bu barədə Turan agentliyi vəkil Toğrul Babayevə istinadla xəbər verir.
Onun sözlərinə görə, 2011-ci il fevralın 4-dən Əli İnsanovun müdafiəçilərinin onunla konfidensial görüşünə icazə verilmir.
“Biz müdafiə etdiyimiz şəxslə yalnız daş və şüşə divarlar arxasından əlaqə saxlaya bilirik. Müdafiə sənədlərini Əli İnsanova yalnız cəzaçəkmə müəssisəsinin əməkdaşları vasitəsi ilə çatdırırıq. Bu isə müdafiə hüququnun və konfidensiallığın pozulmasıdır”, - deyə vəkil qeyd edib.
Vəkil bildirib ki, Əli İnsanov bu səbəbdən də Penitensiar Xidmətin və 13 saylı cəzaçəkmə müəssisəsinin vəzifəli şəxslərini məhkəməyə verib.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri qabağı dövlət çevrilişinə hazırlıq iddiası ilə həbs edilib.
Sonradan o, iqtisadi cinayətlərdə də günahlandırılaraq, 11 il azadlıqdan məhrum edilib.