Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:28

Gaddafi qüvvələri üsyançıların üzərinə hücumu davam etdirirlər


Liviyada Muammar Gaddafiyə sadiq qüvvələrin üsyançıların üzərinə əks hücumu davam edir.

Agentliklər müxalifət birləşmələrinin Sider, Ras Lanuf və çox güman ki, Breqa limanınından çəkildiyini xəbər verirlər.

Reutrsin məlumatına görə üsyançılar hücuma keçmək üçün Əcdabiyə şəhəri ətrafında yenidən qruplaşmaq istəyirlər.

Beynəlxalq koalisiyanın hərbi hava qüvvələri bu gün Ras Lanuf rayonunda Gaddafi qüvvələrinin mövqelərini bombalayıblar.

Birləşmiş Ştatlarla Böyük Britaniya müxalifət qüvvələrinə silah göndərilməsinin mümkünlüyünü istisna etmirlər.
XS
SM
MD
LG