Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:48

Suriya prezidenti ölkəsinin gizli sövdələşməylə üzləşdiyini deyir


"Suriya böyük, gizli sövdələşməsilə üzləşib".

Bunu Suriya prezidenti Bəşər Əsəd (Bashar al Assad) çərşənbə günü parlamentin iclasında deyib.

O bir neçə həftədir ki, ölkədə keçirilən kütləvi etiraz aksiyalarının ölkənin birliyi üçün sınaq olduğunu deyib.

Amma prezident eyni zamanda xalqın bir çox istəyinin yerinə yetirmədiyini bildirib və ölkədə islahatlar aparılacağını vəd edib.

Uzun etirazlardan sonra Suriya hökuməti dünən istefaya göndərilib.

Birləşmiş Ştatlar bundan əvvəl Suriyanı ölkədə siyasi islahatlar aparmağa çağırıb.
XS
SM
MD
LG