Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:57

ABŞ Bashar Asadi xalqın tələbini yerinə yetirməyə çağırıb


ABŞ Suriyanı siyasi islahatlar keçirməyə çağırıb. ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib ki, prezident Bashar Asad xalqın tələbini yerinə yetirməlidir.

Dünən axşam Suriya prezidenti hökuməti istefaya göndərib.

Suriyada hökumət əleyhinə iki həftədir davam edən etiraz aksiyalarında azı 60 adam ölüb.

Bu gün Bashar Asadin televiziya ilə xalqa müraciət edəcəyi də gözlənilir. Prezidentin 48 ildir davam edən fövqəladə vəziyyətin ləğv olunduğunu elan edəcəyi də gözlənilir.
XS
SM
MD
LG