Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:21

ABŞ: "Qaddafi getməlidir"


Amerikanın Dövlət katibi Hillari Klinton deyib ki, Qaddafi BMT qətnaməsinin bütün şərtlərinə cavab verməyincə, koalisiyanın hərbi əməliyyatı davam edəcək.

Londonda keçirilən konfransda Klinton ABŞ-ın mövqeyini bildirib ki, Qaddafi getməlidir.

40-dan çox ölkənin iştirak etdiyi London konfransında Liviya ətrafındakı vəziyyət müzakirə olunur.
Konfransın yekununda mətbuat konfransı keçiriləcək.

Liviyada isə üsyançılar Qaddafinin anadan olduğu Sirte şəhərinin ətrafından çıxarılıblar.
Sirtenin 150 km-liyində olan Navfaliya şəhərindən üsyançıları geri çəkilməyə məcbur edən hökumət qoşunlarının raket atəşləri və tanklar olub.
XS
SM
MD
LG