Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:37

Londonda dünya ölkələrinin Liviya konfransı başlayır


Bu gün dünya ölkələri təmsilçiləri Liviyaya gələcək humanitar əməliyyatları və siyasi prosesləri müzakirə etmək üçün Londonda toplaşır. Müzakirələrə BMT-nin baş katibi Ban Ki Moon və ABŞ dövlət katibi Hillari Klintonun da qatılacağı gözlənir. Bu ərəfədə isə Liviya müxalifətinin qüvvələri irəliləyir. Qaddafinin istehkamları həm də NATO-nun qırıcı təyyarələrinin hədəfindədir.

London görüşündən əvvəl Böyük Britaniyanın baş naziri Devid Kameron və Fransa prezidenti Nicolas Sarkazi yenidən Qaddafini istefaya çağırıb. Onlar həm də Liviya müxalifətini və vətəndaş cəmiyyəti liderlərini ölkədə demokratiyaya keçidə başlamağa çağırırlar.

London konfransında 35-dən çox ölkənin nümayəndəsinin iştirakı gözlənir.
XS
SM
MD
LG