Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:29

Barak Obama səlahiyyətlərin NATO-ya verilə biləcəyini deyir


ABŞ prezidenti Barak Obama birinci gün xalqa müraciətində deyib ki, beynəlxalq qüvvələrin yardımı sayəsində Liviya rəhbəri Muammar Qaddafi çox "zəifləyib" və üsyançılara qarşı əməliyyatlarını dayandırmaq məcburiyyətindədir.

Obama deyib ki, Qaddafi öz rejimini qorumaq üçün Liviya müxalifətinə qarşı qırğına başladıqdan sonra beynəlxalq koalisiyaya qoşulmağa qərar verib.

Obama deyib ki, ABŞ müttəfiqləri ilə birgə 40 illik hakimiyyətindən istefa verməsi üçün Qaddafiyə təzyiq göstərilməsi yönümdə iş aparacaq.

Amma o bildirib ki ABŞ İraq müharibəsində "rejimi dəyişdirdiyi" kimi, bu dəfə qüvvələrindən bu məqsədlə istifadə etməyəcək. Obama əlavə edib ki, NATO beynəlxalq əməliyyatlara əmr vermək səlahiyyətini bütünlüklə öz üzərinə götürə bilər.
XS
SM
MD
LG