Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 09:14

Bəhreyn müxalifəti hakimiyyətlə dialoqa gedir

Bəhreyndə müxalifətdə olan əsas şiə partiyası “Al Wefak” Küveytin vasitəçiliyi ilə hakimiyyətlə dialoqa razılıq verib.

Partiya rəhbərliyindən verilən məlumata görə belə bir dialoqun keçirilməsini Küveytin şeyxi Sabah al Ahmed as Sabah təklif edib.

Artıq bir neçə həftədir ki, Bəhreyndə hökumətin istefası və islahatlar tələbilə kütləvi etiraz aksiyaları keçirilir.

Əhalisinin əksəriyyəti şiələr olan Bəhreyni sünni azlığı idarə edir.
This item is part of
XS
SM
MD
LG