Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:30

Liviyada bir neçə şəhər üsyançıların əlinə keçib


Liviyada üsyançılar koalisiya qüvvələrinin hava zərbələrindən sonra bir neçə şəhəri ələ keçiriblər.

Strateji cəhətdən vacib Ajdabiyə, neft şəhəri olan Ras-Lanuf, liman şəhəri Brega və Tobrukand şəhərinin hazırda üsyançıların əlində olduğu xəbər verilir.

Fransa təyyarələri şənbə günü Misrata şəhəri yaxınlığındakı bazada Liviyanın 5 hərbi təyyarəsi və 2 vertolyotunu vurublar.

Gaddafinin sözçüsü Ajdabiya və Sirte şəhərləri arasındakı yolun bombalanması nəticəsində xeyli əsgər və mülki sakinin öldüyünü deyir.

Birləşmiş Ştatların müdafiə naziri Robert Gates isə bildirib ki, Gaddafi öz qüvvələrinin öldürdüyü insanları beynəlxalq kolaisiyanın ayağına yazır.

Müdafiə naziri qeyd edib ki, koalisiya qüvvələri Liviyada mülki obyektləri vurmurlar.

Roma Papası Benedikt silah işlətməməyə çağırıb.
XS
SM
MD
LG