Keçid linkləri

2026, 08 İyun, bazar ertəsi, Bakı vaxtı 12:33

Mingəcevirdən Bakıya gedən qatarda yanğın olub

Bakı-Mingəçevir-Bakı ekspress sərnişin qatarında yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində Kürdəmir rayonu ərazisində baş verib.

Qatar Kürdəmir rayonunun Sığırlı stansiyasına yaxınlaşarkən lokomotivdə qısa qapanmadan yanğın baş verib.

Qatar stansiyaya çatdırılıb və yanğın söndürülüb.

Ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.
This item is part of
XS
SM
MD
LG