Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:38

Belqradda Heydər Əliyevə heykəl ucaldılacaq


Heydər Əliyevin Ulyanovskda heykəli, 24 noyabr 2009
Heydər Əliyevin Ulyanovskda heykəli, 24 noyabr 2009
Serbiya paytaxtı Belqraddakı Taşmaydan parkında Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin heykəli ucaldılacaq. Azərbaycan hökuməti parkın bərpasına 2 milyon avro pul ayırıb.

Bu barədə AzadlıqRadiosunun Balkan xidməti məlumat yayıb.

Heykəlin hündürlüyü 3 metrdir. Parkda 2009-cu ildə vəfat etmiş serb yazıçısı Milorad Paviçin də heykəli olacaq.

Belqrad merinin müavini Milan Krkobabiç AzadlıqRadiosuna bildirib ki, 2003-cü ildə vəfat edən Heydər Əliyevə heykəl qoyulması ictimai maraqdan qaynaqlanır:

«Bizim prinsipimiz keçmişdə nə olub-olmamasını araşdırmaq deyil. Buna bizim zamanımız yoxdur. Bizim prinsipimiz irəliləməkdir. Bu çətin dövrdə biz müxtəlif ölkələrin xoş niyyətini qəbul edib, bunu Belqrad sakinlərinin mənafeyi üçün istifadə etməyə çalışırıq».

Krkobabiç bildirib ki, onların yanaşması barışıq və anlayış əlini uzatmaqdır:
«Bu, Azərbaycanın yeni siyasətidir. Yeni insanlar şəhərimizlə yaxşı və dost münasibətlər qurmaq istəyir. Bu baxımdan biz irəliləyirik. Ümid edirik ki, park yaxşı bərpa olunacaq və Belqrad sakinlərinə xidmət edəcək».

2001-ci ildən 2004-cü ilədək BMT İnsan Haqları Komissiyasının Azərbaycanda layihə rəhbəri olmuş Branka Sesto Serbiya mətbuatının diqqətini İlham Əliyevin prezidentliyi miras almasına çəkib:

«Mən Serbiya kimi ölkədə dünyanın sonuncu diktatorlarından birinə 3 metrlik heykəl qoyulmasını bəyənmirəm», - deyə Sesto bildirib.

Azərbaycan rəhbərliyinin arzusu ilə H.Əliyevin heykəli Buxarest və Kiyevdə də ucaldılıb.

Azərbaycan hökuməti adətən həmin ölkələrə və bələdiyyələrə böyük maliyyə yardımı edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG