Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Fukusimo-Dayiçi stansiyasının 2-ci reaktorunda problem yaranıb


Yaponiyada qəzalı vəziyyətdə olan Fukusimo-Dayiçi atom elektrik stansiyasında mütəxəssislər 2-ci reaktora təzə su vururlar.

Yoxlama zamanı reaktordakı suda radiaktiv elementlərin çoxaldığı aşkar edilib.

Mütəxəssislər hesab edir ki, buna səbəb reaktorun əsas örtüyü və ya işlənmiş nüvə yanacağının yığıldığı konteynerin zədələnmısi ola bilər.

Bundan başqa daha 3 enerji blokunda suyun çirkləndiyi aşkar edilib.

Stansiyanın əməkdaşları cümə axşamı 3-cü blokda radiasiyanın səviyyəsinin normadan 10 min dəfə yuxarı olduğunu deyirlər.

Bu günlərdə Yaponiyada baş vermiş güclü zəlzələ və sunami nəticəsində stansiyada qəza baş verib.

Son rəsmi məlumatda 10 mindən çox adamın öldüyü, 17 mindən çox adamınsa itkin düşdüyü bildirilir.
XS
SM
MD
LG