Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Liviyada Əcdabiyə şəhəri üsyançıların əlinə keçib


Liviyada Gaddafi rejiminə qarşı beynəlxalq hərbi əməliyyat davam edir.

Əməliyyatların 7-ci günü ərəb dövləti olan Qətər də beynəlxalq kolaisiyaya qoşulub.

Qətər Liviya üzərindəki qadağan zonasına nəzarət etmək üçün 2 qırıcı təyyarə göndərib.

Kolaisiya qüvvələri cümə günü Ajdabiyah şəhərində Gaddafi qüvvələrinin mövqelərini bombalayıblar və nəticədə şəhər üsyançıların tam nəzarətinə keçib.

Eyni zamanda Gaddafi qüvvələri üsyançıların əlində olan Misrata şəhərini atəşə tutublar.
Həmçinin bu gün paytaxt Tripolidə bir neçə güclü partlayış səsi eşidilib.

Birləşmiş Ştatların Liviyadakı səfiri Gene Cretz Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib ki, Liviyadakı milli keçid şurasıyla əlaqə yaratmağa çalığırlar.

Hərbi aksiyaya qarşı çıxan Afrika Birliyi ölkələri hesab edirlər ki, münaqişəyə son qoymaq üçün sülh danışıqlarına başlamaq lazımdır.

NATO isə bu arada bəyan edib ki, BMT-nin qətnaməsinə uyğun olaraq Liviya üzərindəki qadağan zonasına əməl edilməsi və dinc sakinləri Gaddafi qüvvələrinin hücumlarından qorumaq üçün başlanmış əməliyyat 90 gün və ya ola bilsin ki, daha çox vaxt apara bilər.

NATO0nun əməliyyatlarına kanadalı general-leytenant Charles Bouchar rəhbərlik edir.

Liviyanın səhiyyə naziri Khaled Omarın məlumatına görə, indiyədək hava zərbələri nəticəsində 114 adam ölüb.
XS
SM
MD
LG