Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:54

Diktatorların pulları


Böyük pulların etibarlı şəkildə saxlanması tarixdə həmişə problem olub
Böyük pulların etibarlı şəkildə saxlanması tarixdə həmişə problem olub
Liviya hökuməti ilə yaxın münasibəti olan mənbə bu ay bildirib ki, Liviya lideri Muammar Qaddafi on milyardlarla dolları banklarda və Tripolidəki Bab al-Aziziya iqamətgahında gizlədir. Bu pullar isə polkovnik Gaddafinin iqtisadi embarqolara tab gətirməsinə kömək edir. Həm də pul qaçmaq lazım gələndə, maşın və mülklə müqayisədə daha asan daşınır.

Tarix isə dar gün üçün pul yığan, ya da oğurlayan diktatorların, kralların sonrakı aqibəti ilə bağlı acı nümunələrlə doludur.

Filippinin keçmiş diktatorunun həyat yoldaşı Imelda R. Marcos və üç uşağı 1986-cı ildə Havay adalarına qaçanda, ölkədən 22 sandıq Filippin pesosu çıxartmaqda ittiham olunmuşdu.

Məhkəmə materiallarına əsasən, 1986-cı ildə ölkəni tərk edən Haiti prezidenti Jean-Claude Duvalier və həyat yoldaşı Michele qaçanda, Mərkəzi Bankdan azı 33 milyon dollar çıxardıb xaricdəki hesablarına köçürmüşdülər. Pulun bir hissəsi və zinət əşyaları Manhettendəki banka köçürülüb.

Panamanın diktatoru Manuel Antonio Norieganın 5.8 milyon dolları evindəki bir şkafda gizlətdiyindən da danışılırdı. ABŞ 1989-cu ildə Panamaya müdaxilə edəndə, həmin pula həbs qoydu.

Konqoda Laurent Kabila 1997-ci ildə nəzarəti ələ keçirib əvvəlki prezident Mobutu Sese Sekonun qaçmasına səbəb oldu. Cənubi Afrika qəzeti «The Sunday Independent» yazır ki, Seko qaçanda, özü ilə bir neçə sandıq almaz və 40 milyon dollardan artıq pul götürübmüş. Seko bu pulu və zinət əşyalarını CAR hökumətinin onun üçün ayırdığı bir təyyarə ilə qaçırmışdı.

2003-cü ildə ABŞ İraqa girməmişdən əvvəl Saddam Husseinin oğlu Kusayın Mərkəzi Bankdan 1 milyard dollar nağd pul götürdüyü bildirilir. Deyilənlərə görə, 100 dollarlıq şəklində olan 900 milyon dollar və 100 milyon avronu fəhlələr 3 treylerə 2 saata yükləyə bilibmişlər.

Qaddafiyə məxsus olduğu bildirilən 10 milyard dollar isə yüzlüklər şəklində 100 ton gəlir.

«The History of Money» - «Pulun Tarixi» adlı kitabın müəllifi Jack Weatherford isə deyir ki, böyük pulların etibarlı şəkildə saxlanması tarixdə həmişə problem olub. «Problemin bir qismi böcəklərin, siçanların və başqa heyvanların pulları gəmirmə riski» ilə bağlıdır. /New York Times/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG