Bir necə gün öncə Türkiyə Sənaye Nazirliyi endirim kampaniyası adı altında istehlakçıları aldadan 1000-dən çox reklamın yayımını dayandırdı. Nazirlik bəyan etdi ki, bu reklamlarda guya qiymətlərin aşağı salınmasından söhbət gedir, amma maraqlananda məlum olur ki, endirim yalnız bir neçə mala aiddir, çeşidlərlə məhsula yox. Türkiyə Sənaye Nazirliyi bunu istehlakçıların aldadılması kimi qəbul edib.
Bakı sakini, ixtisasca ədəbiyyatçı olan Sayalı Əliyeva isə bizə Bakıda gördüyü başqa tipli endirim yalanlarını anladır. Deyir ki, əsasən bayramlarda, mövsüm sonlarında qiymətlərin endirilməsi ilə bağlı reklamlar par-par parıldayır:
- Girirsən mağazaya, məlum olur ki, bu endirim 10-15 faiz paltarlara aiddir, o paltarlara ki, çox adam heç onlara baxmır, az qala iki ildir ordan asılı qalıb.
ŞİŞİRDİLMİŞ QİYMƏTLƏR...
S. Əliyeva tez-tez mağazalara girdiyindən əvvəlki qiymətlərdən xəbəri olur və ona görə də endirimlərin nə qədər real olub-olmadığını bilir:
- Bir dəfə endirimə görə baxanda gördüm ki, keçən il 170 manata qoyulan ayaqqabı 70 faiz endirim adı altında 190 manata satılır. Ya məsələn, yazır ki, bu paltar 70 faiz endirimlə 35 manata satılır. Halbuki, bu paltarın əvvəlki qiyməti 50 manat olub, 35 manata satmaq üçün köhnə qiymətini şişirdib 65 manat yazıblar.
Müsahibim geyim bazarlığını əsasən endirimlər zamanı edir, əvvəlki qiymətlərdən xəbəri olduğu üçün real endirimi görə bilir və bir istehlakçı kimi aldanmır. Amma deyir ki, tanıdığı nə qədər adam endirim zamanı ikiqat xərcə düşüb. Onun fikrincə, ayıq-sayıq olmaq üçün mağazalara ara-sıra da baxıb qiymətləri yadda saxlamaq lazımdır ki, endirim zamanı aldanmayasan.
Bayram günlərində Bakının «Neftçilər» metrosunun yaxınlığındakı bəzi brend malların satıldığı mağazalarda endirim gözümüzə dəydiyindən maraqlandıq. Birində endirim gələn il dəbdə olub-olmayacağı bilinməyən qış köynəklərinə, paltolara idi. O biri mağazada endirim əsasən qadın cins şalvarlarına idi, 10 manatdan 25 manata kimi. Amma heç birinin üstündə əvvəlki qiyməti yazılmamışdı. Satıcıdan soruşanda isə ki, bunun əvvəlki qiyməti neçə idi, «40-50 manat» söylədi. «Bəs niyə əvvəlki qiyməti üstündə yoxdur» sualımıza isə çiynini çəkməklə cavab verdi.
İSTEHLAKÇILARIN SƏSİ YUXARIYA ÇATMIR
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, endirimlər qanunla tənzimlənmir, amma endirimlər zamanı istehlakçının hüququ qorunur:
- «İstehlakçının hüquqlarının müdafiəsi haqqında qanun»da göstərilir ki, istehlakçı malın bütün sənədlərini, keçmiş və indiki rəsmi qiymət sənədlərini tələb edib baxa bilər. Bundan sonra inana bilər ki, təqdim edilən malda endirim olub, ya yox. İstehlak hüquqları qorunan ölkələrdə endirim olunan malın əvvəlki qiymətindən başlayaraq, rəqəmlər sıralanaraq göstərilir. Lakin Azərbaycanda çox hallarda yalançı endirimlər edilir, mal 70% endirim adı ilə təqdim olunur və bu yolla istehlakçı aldadılır.
E. Hüseynov hesab eləyir ki, istehlakçıların səsi yuxarıya - hökumətə gedib çıxmır. Onlar isə aprelin 1-dən istehlakçıların şikayətlərini aidiyyəti dövlət qurumlarına çatdırmaq üçün kampaniyaya başlayacaqlar:
- Hər 3 aydan bir təşkilata gələn şikayətlərini ümumiləşdirib onların istəklərini yuxarılara çatdıracağıq.
Reklam mütəxəssisi Tariyel Cəlallı isə deyir ki, əslində reklamın yalan yükü olmamalıdır. «Gözlənti yükü ola bilər, hansısa orijinal, fərqli təqdimatlara əl atıla bilər» deyən ekspertin fikrincə, reklamda yalana yol verən şirkət müştəriyə hörmətsizlik etməklə yanaşı, həm də özünün imicini korlayır.
ENDİRİM NAZİRLİYİN DİQQƏTİNDƏDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bir müddət öncə milli.az portalına bildirib ki, endirimlərlə bağlı istehlakçılar tərəfindən onlara şikayət daxil olmayıb. O xatırladıb ki, qanunvericilikdə endirimlərin hansı vaxtdan həyata keçirilməsi, malın adı konkret göstərilməlidir və ticarət qaydalarının pozulmasına görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.
O, geyim sahəsindəki endirimlərin monitorinqinin aparılmasının da zəruriliyini qeyd edib.