Əli Kərimli həmçinin Daxili İşlər naziri Ramil Usubova müraciətində yazıb ki, onlar binadan çıxarılandan sonra AXCP-yə məxsus əmlak Keşlə qəsəbəsinə aparılaraq zavodun inzibati binasının ikinci mərtəbəsinə boşaldılıb və həmin əmlak üzərinə faktiki olaraq həbs qoyulub. Polis AXCP-nin bu əmlakdan istifadəsinə imkan vermir. O, nazirin dən polisin hərəkətləri ilə bağlı izahat verilməsini istəyir.
Noyabrın 24-də 1 saylı İqtisad Məhkəməsi İqtisadi İnkişaf Nazirliyinin icarə haqlarının ödənməməsi barədə iddiasına baxaraq AXCP də daxil olmaqla bir neçə qəzet və “Turan” informasiya agentliyinin «Xaqani-33» ünvanında yerləşən binadan çıxarılması haqda qərar qəbul edib. Noyabrın 25-də isə Ədliyyə Nazirliyi və Bakı şəhər polisinin əməkdaşları sözügedən təşkilatların avadanlığını «Xaqani-33»-dən çıxarıb, Dövlət Əmlak Komitəsinin onlara təklif etdiyi yeni ünvanlara aparıblar. Hələlik AXCP-nin iş şəraitinin olmadığını deyərək Keşlə qəsəbəsindəki yeni ünvana köçmür. Partiyadan verilən məlumata görə polis onların həmin ünvana daınmış əmlaklarından istifadə etmələrinə də imkan vermir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə polisin AXCP-yə öz əmlakından istifadə etməsinə mane olması barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib.