Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:06

Andrey Şevçenko Joze Mourinyo ilə dil tapa bilmədiyini etiraf edib


«Çelsi»nin ukraynalı forvardı Andrey Şevçenko bu komandanı çalışdıran Joze Mourinyo ilə heç cür dil tapa bilmədiyini etiraf edib: «Təəssüf ki, oyunum Mourinyonu razı salmır. Onun konsepsiyasına uyğun gəlmirəmsə, İtaliyaya qayıdıb nəyə qadir olduğumu hamıya göstərə bilərəm».

Xatırladaq ki, yayda «Çelsi»yə transfer olunan Şevçenko yaxşı təsir bağışlamadığından son vaxtlar tez-tez onun İtaliyaya – əvvəlki klubu «Milan»a qayıdacağına dair xəbərlər yayılır.


XS
SM
MD
LG