Ölkənin əsas idman qurğusu – Tofiq Bəhramov adına Respublika stadionu qazona yeni toxumun səpilməsinə görə gələn ilin martına qədər klubların üzünə bağlı olacaq. «Neftçi», «Bakı» və «Inter»in ev oyunlarını keçirdiyi stadionun qazonu son yağışlarda həddindən artıq istismara məruz qaldığından yararsız hala düşüb. Yeni qazonda ilk oyuna çox güman ölkə yığması çıxacaq.