Keçid linkləri

2026, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:17

Moldova parlamenti MDB-dən çıxmaqla bağlı əsas qanunları təsdiqlədi

MDB dağılır? - 'Gələcəyi yoxdur'
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00

MDB dağılır? - 'Gələcəyi yoxdur'

Moldova parlamenti ikinci, yekun oxunuşda MDB-nin yaradılması haqqında sazişin və Birliyin nizamnaməsinin ləğvi ilə bağlı qanun layihələrini qəbul edib.

"İnterfaks"ın məlumatına görə, aprelin 2-də keçirilən səsvermədə 101 deputatdan 60-sı bu qərarları dəstəkləyib.

Kommunistlər Partiyası və Sosialistlər Partiyasından olan deputatlar sazişlərin ləğvinin əleyhinə çıxıblar. Onların mövqeyinə görə, "Moldovanın MDB-dən çıxması ölkə iqtisadiyyatı üçün fəlakətli nəticələrə gətirəcək".

Sazişlərin ləğvi təklifi Xarici İşlər Nazirliyindən (XİN) gəlib. Nazirlik hesab edir ki, bu gün Birliyin bəzi üzvləri MDB-nin əsas dəyərləri və prinsiplərini qorumur: "Bundan əlavə, MDB sazişinin ləğvi Avropa İttifaqına üzvlük məqsədinə doğru təbii və qaçılmaz addımdır".

Moldova artıq MDB çərçivəsindəki 283 sazişdən 71 sənədi ləğv edib, daha 60-a yaxın sənəd baxılma mərhələsindədir.

Deputatların təsdiqlədiyi layihələri Moldova prezidenti imzalayacaq, daha sonra XİN onları MDB İcraiyyə Komitəsinə təqdim edəcək. "İnterfaks" yazır ki, Vyana Konvensiyasına əsasən Birlikdən çıxış bu addımdan 12 ay sonra tamamlanacaq.

Avropanın ən kasıb ölkələrindən olan Moldova 2023-cü ildən MDB-nin bütün tədbirlərində iştirakını dayandırıb.

Moldova prezidenti Maya Sandu ölkənin bu onilliyin sonunadək Avropa İttifaqına qoşulmasını dəstəkləyir. O, Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib, Kremli Moldovanın qərbyönlü hökumətini zəiflətməyə çalışmaqda ittiham edib.

XS
SM
MD
LG