Keçid linkləri

2026, 29 Yanvar, Cümə axşamı, Bakı vaxtı 12:08

'Qarabağ' ağır məğlub olsa da, pley-off-a yüksəldi

"Liverpul"-"Qarabağ"
"Liverpul"-"Qarabağ"

"Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyuna çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə "Liverpul"un qonağı olub. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan çempionu böyük hesabla məğlub olsa da, ümumilikdə 10 xalla liqa mərhələsini 22-ci yerdə tamamlayıb və ölkə tarixində ilk dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Liqa mərhələsində ümumilikdə 36 klub təmsil olunurdu. Onlardan ilik 8-ci pilləni tutanlar birbaşa növbəti mərhələyə vəsiqə qazanmış olublar. Cədvəldə 9-dan 24-cü yerə qədər qərarlaşan klublar isə pley-off-da qarşılaşacaqlar. 24-cü pillədən sonra gələnlər isə mübarizənə dayandırıblar.

Azərbaycanda azarkeşləri olan Türkiyənin "Qalatasaray" klubu da pley-off-a yüksəlib. İstanbul təmsilçisi 20-ci yeri tutub.

"Qarabağ" və "Qalatasaray"ın pley-off mərhələsindəki rəqibləri yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.

21 yanvar

'Qarabağ' 'Ayntraxt'a son dəqiqə qolu ilə qalib gəlib

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Bakıda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəllifi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Şaibi (78-penalti) fərqləniblər. "Qarabağ"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, dekabrın 29-da səfərdə İngiltərənin "Liverpul" klubunun qonağı olacaq.

Bundan əvvəlki maçlarda isə Azərbaycan çempionu Bakıda Niderlandın "Ayaks", səfərdə isə İtaliyanın "Napoli" klubuna məğlub olmuşdu.

5 noyabr

'Qarabağ'-'Çelsi' oyununda bərabərlik

Noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda "Qarabağ" və "Çelsi" qarşılaşması olub. Oyun 2:2 hesabı ilə başa çatıb.

Hesabı əvvəlcə londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb

Bununla da "Qarabağ" 7-ci xalını qazanıb.

Bundan öncə, oktyabrın 22-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində İspaniya təmsilçisi "Atletik Bilbao" ilə səfər qaşılaşmasında "Qarabağ" 3:1 hesabı ilə məğlub olmuşdu.

1 oktyabr

'Qarabağ' 'Kopenhagen'i də məğlub etdi

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" klubu bu gün, oktyabrın 1-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti qələbəsini qazanıb. Qurban Qurbanovun kollektivi Bakıda "Kopenhagen"i məğlub edib.

Azarkeşlər iki qola şahidlik ediblər. Görüş "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" birinci turda səfərdə "Benfika"ya qalib gəlmişdi - 3:2.

Bununla da Ağdam təmsilçiləri 6 xala yiyələnib.

17 sentyabr

'Benfika'nın baş məşqçisi 'Qarabağ'a məğlubiyyətdən sonra istefaya göndərilib

"Benfika" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Qarabağ"a uduzduqları ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

Bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

O, bunun üçün təəssüfləndiyini bildirib.

Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.

"Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.

16 sentyabr

'Qarabağ' səfərdə 'Benfika'nı məğlub edib

Ağdamın "Qarabağ" klubu səfərdə "Benfika"nı məğlub edib.
Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonuna qədər geridönüş etməyi bacarıb - 2:3.

Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.

"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.

Azərbaycan çempionu tarixində ikinci dəfə idi ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanmışdı.8 il əvvəl həmin mərhələdə “Qarabğ” yalnız iki xal qazanmışdı. Bu dəfə isə Ağdam təmsilçiləri ilk görüşündəcə 3 xala yiyələnib Bu mərhələdə “Qarabağ”ı daha 7 oyun gözləyir. Azərbaycan çempionunun sonrakı rəqibləri "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"dir (Danimarka).

Final uğrunda ümumilikdə 36 klub mübarizə aparır. Səkkiz oyunun nəticələrinə görə 36 klub arasında 1-8 yerləri tutan komandalar növbəti mərhələyə birbaşa vəsiqə qazanacaqlar. 9-24 yerlər arası qərarlaşan klublar isə püşkdən asılı olaraq bir görüşlük oyunlar keçirəcəklər. Qalib səkkiz klub da ilk səkkiz yeri tutan komandalara qatılacaq.

25-36 yerləri tutan klublar isə mübarizəni dayandırmış olacaqlar.

XS
SM
MD
LG