"Vaqner" muzdlu qruplaşmasının qiyamından sonra görünməyən rus generalı Sergey Surovikini əks etdirən yeni foto yayılıb. Reuters agentliyi yazır ki, sentyabrın 4-də yayılan fotoya Rusiyanın media simalaırndan olan Kseniya Sobçak həmin şəkilə şərh yazıb, fotonun sentyabrın 4-də çəkildiyini deyib:
“Generalı Sergey Surovikin bayırdadır, sağdır, sağlamdır, Moskvada evində ailəsi ilə birlikdədir”.
Agentlik şəklin yerini və tarixini dəqiqləşdirə bilmədiyini deyir.
Bu ilin avqustunda dövlət xəbər agentliyi “RIA Novosti” yazıb ki, General Sergey Surovikinin Rusiya Aerokosmik Qüvvələrin komandanı vəzifəsindən kənarlaşdırılıb, müvəqqəti olaraq General Viktor Aflazov əvəzləyəcək.
Sergey Surovikin 23 iyun qiyamından üzü bəri ictimaiyyət arasında görünməyib.
Surovikin Rusiyanın Suriya müharibəsinə müdaxilə vaxtı komandanlığına görə “General Armageddon” kimi tanınır
Vaqner üsyanı
İyunun 23-də isə Priqojinin Vaqner qrupu qısamüddətli üsyan etdi, cənubdakı Rostov-Don şəhərini ələ keçirdi, Moskva üzərinə yürüşə başladı. Belarus lideri Alyaksandr Lukaşenkanın müdaxiləsindən sonra konvoy yürüşü dayandırdı.
Putin qiyamı pislədi, iştirakçıları “satqın” adlandırdı, mühakimə olunaraq cəzalandırılacalqrını dedi. Ancaq bu baş vermədi.
Priqojin və Vaqner-in bəzi üzvləri bir neçə gün sonra Putinlə görüşüb, Priqojin Rusiyada sərbəst hərəkət edir. Bu həftə yayılan videoda Priqojin çiçəklənən biznesi olan Afrikada görüntülənib. O, əvvəllər Afrikaya xeyli sayda Vaqner döyüşçüsü də göndərib.