Ukraynanın Çerniqov şəhərinə hücum zamanı yaralananların sayı 148-ə çatıb. Bu, avqustun 20-i günorta saatlarına olan məlumatdır.
Rusiya Çerniqova avqustun 19-da hücum edib. Raket hücumu nəticəsində azı yeddi nəfər həlak olub, onlardan biri altı yaşlı uşaqdır.
Hazırda xəstəxanada azı 41 nəfər yatır.
Çerniqovun mərkəzinə hücum zamanı azı 500 bina zədələnib. Şəhərin meri Oleksandr Lomako bunu "müharibə cinayəti" adlandırıb.
BMT-nin Ukraynaya humanitar yardım üzrə koordinatoru Denise Broun Rusiyanın əhalinin sıx yaşadığı yerlərə davamlı hücumunu pisləyib.