Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 19:26

'Fəhlə' abidəsi önündə aksiya olub


Bakıda 1 may aksiyasının qarşısı alınır, 1 may 2022
Bakıda 1 may aksiyasının qarşısı alınır, 1 may 2022

Mayın 1-də Bakıda "Demokratiya 1918 Hərəkatı"nın təşkilatçılığıyla bir qrup gənc "Fəhlə" abidəsi önündə aksiya keçirməyə cəhd edib. Təşkilatçıların demələrinə görə, məqsədləri "Wolt" və "Bolt Food" kuryerlərinə dəstək olub. Onlar kuryerlərin daşıma xərclərinin azalmasına etiraz edirdilər.

Ancaq aksiya içtirakçıları plakat qaldırıb və fikirlərini səsləndirəndə onları polis maşınına aparıblar.

"Demokratiya 1918 Hərəkatı"nın sədri Əhməd Məmmədlinin "AzadliqRadiosu"na verdiyi məlumata görə, aksiya zamanı və əvvəl ümumilikdə 7 nəfər saxlanıb:

"Aksiyadan əvvəl üzvümüz Ayxan İsrafilov saxlanılmışdı. "Demokratiya 1918 Hərəkatı"nın İdarə Heyəti üzvləri Afiəddin Məmmədov, Fərid İmanov, Şəms Hacıyeva, ictimai fəallardan Emin Xəlilli, Samir Abdulla və Rəbiyyə Məmmədova isə aksiyada saxlanıldı".

Aksiya iştirakçılarının saxlanması, 1 may 2022
Aksiya iştirakçılarının saxlanması, 1 may 2022

Əhməd Məmmədli bildirib ki, Şəms Hacıyeva və Rəbiyyə Məmmədovanı 23-cü polis bölməsinə, digərlərini 24-cü bölməyə aparıblar:

"Ardınca hamısı sərbəst buraxılıblar"

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümükn olmayıb.

Bakıda 1 may aksiyası- 'İstismara son'
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Xatırlatma

Aprelin 26-da "Bolt" və "Wolt" şirkətlərində kuryer olduqlarını bildirən şəxslər Bakının mərkəzində motoyürüş təşkil ediblər. Onlar xidmət haqlarının az olduğunu və buna etiraz etdiklərini bildiriblər.

Etiraza "Bolt" və "Wolt" şirkətlərindən, hələlik, hər hansı münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG