Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 13:00

Azərbaycan və Ermənistan nazirləri danışıb


Ceyhun Bayramov (sağda) və Ararat Mirzoyan
Ceyhun Bayramov (sağda) və Ararat Mirzoyan

Bugün, aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı olub

Bugün, aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bir həftə öncəki razılaşma…

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri iləüçtərəfli görüş keçirmişdi.

Aİ Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra verdiyi bəyanata görə, prezident Əliyev və baş nazir Paşinyan iki ölkə arasında sülh sazişinin tezlikləəldə olunmasını istədiklərini dilə gətiriblər.Bəyanatda qeyd edildiyinə görə, bu məqsədlə bütün vacib məsələləri yoluna qoyacaq gələcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün iki ölkənin Xarici İşlər nazirlərinə göstəriş vermək qərara alınıb.

Şarl Mişelin həmin görüşdən sonra keçirdiyi mətbuat konfranısında da bildirməsinə görə, habelə qərara alınıb ki, delimitasiya kimi həsas məsələylə məşğul ölmaq üçün qarşıdakı bir ayda birgə qurum yaradılsın.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında gərginliyə və daha sonra silahlı toqquşmalara səbəb olub.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycan Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunun işğal edildiyini açıqlamışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG