Bundan başqa, yenə də Azərbaycandan keçməklə İrana aparılan və qırıcı təyyarələrə atom bombasının quraşdırılması üçün nəzərdə tutulan avadanlıq və xeyli təlimat sənədlərinin keçirilməsinin də qarşısı alınıb. Bu məsələ ilə bağlı bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub, aşkar olunan bütün avadanlıqlar və təlimat vasitələri müsadirə edilib.
A.Əliyev deyir ki, bundan sonra bəzi hərbi avadanlıqlar, radiostansiyalar da aşkarlanıb. Son illər belə yüklərin aşkarlanmadığını deyən komitə sədri düşünür ki, ola bilər həmin yüklərin sahibləri artıq Azərbaycan ərazisindən istifadə etməyə ehtiyatlanırlar. O, əlavə edir ki, sərhəddən keçən iritutumlu yük maşınlarını qısa müddətdə yoxlamağa imkan verən ən müasir avadanlıqlar MDB məkanında yalnız Azərbaycandadır.
Aydın Əliyev Xəzər dənizində nəzarəti tam həyata keçirmək üçün Dövlət Gömrük Komitəsinə yeni su nəqliyyatı vasitələrinin lazım olduğunu da deyir. Onun sözlərinə görə, hazırda komitə yeni qayıqların alınmasıyla bağlı bir neçə xarici şirkətlə danışıqlar aparır.
ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders jurnalistlərə bildirdiyinə görəsə, gəlin il yanvarın ortalarında Amerikanın Gömrük Xidmətinin yüksək rütbəli məmurlarından ibarət nümayəndə heyətinin Azərbaycana gəlişi gözlənilir.